Bizə qoşulun:
RU

Kartlar üzrə digər xidmətlər

Ödəniş kartının balansını necə artırmaq olar?

1. Bankın Cash-in tipli bankomatları vasitəsilə

    • Kartı bankomata daxil edin
    • Xidmət olunacaq dili seçin
    • “PİN” kodu daxil edin
    • Menyudan “Cash in” əməliyyatını seçin
    • Karta mədaxil ediləcək əskinasın valyutasını seçin
    • Əskinasları bankomatın müvafiq hissəsinə daxil edərək təsdiq edin
    • Bankomat tərəfindən çek təqdim olunacaq və mədaxil haqqında SMS bildiriş göndəriləcəkdir

2. MilliÖN terminalları və ya million.az saytı vasitəsilə

    • Menyudan “Bank xidmətləri”ni seçin
    • Açılmış siyahıdan “Azər Türk Bank”ı seçin
    • “Ödəniş məlumatı” pəncərəsindən “AzerTurkBankNumber” bəndini seçin
    • Mədaxil ediləcək kartın 16 rəqəmini daxil etməklə terminala pul əskinası daxil edərək əməliyyatı tamamlayın
    • Sayt vasitəsilə balans artırılan zaman mədaxil ediləcək kartın 16 rəqəmi daxil edildikdən sonra məbləğ qeyd olunur və həmin vəsaitin silinəcəyi kartın tələb olunan məlumatları daxil edilir

3. “Kartdan karta” xidməti vasitəsilə:

    • Kartdan karta səhifəsinə daxil olmaqla, ATB360 mobil tətbiqi və ya bankın ATM-lərindən “Kartdan karta” xidməti vasitəsilə digər banklar tərəfindən emissiya edilmiş kartdan Azər Türk Banka məxsus kartın balansı artıra bilərsiniz
Yuxarıda qeyd edilən bütün hallarda karta mədaxil edilən vəsait dərhal balansda əks olunur

Card to Card – Kartdan karta xidməti

1. Bankın ATM-ləri vasitəsilə

    • Kartı bankomata daxil edin
    • Xidmət olunacaq dili seçin
    • “PİN” kodu daxil edin
    • Ekranda əks olunmuş menyudan “KARTDAN KARTA KÖÇÜRMƏ” bəndini seçin
    • Köçürmənin valyutasını seçin
    • Vəsaiti qəbul edəcək şəxsin kartının üzərində əks olunmuş 16 rəqəmli nömrəni daxil edin
    • Köçürmə ediləcək məbləği daxil edərək təsdiq edin
    • Əməliyyat uğurla tamamlandığı zaman bankomat tərəfindən çek təqdim olunacaq və mədaxil haqqında SMS bildiriş göndəriləcəkdir

2. ATB 360 mobil tətbiqi vasitəsilə

    • “Vəsaitlərim” bölməsindən köçürmənin silinəcəyi kart hesabınıza daxil olun
    • Ekranda əks olunmuş menyudan “Köçürmə” bəndini seçin
    • Vəsaiti qəbul edəcək şəxsin kartının üzərində əks olunmuş 16 rəqəmli nömrəni daxil edin və “Növbəti” düyməsini seçin
    • Köçürmə ediləcək məbləği daxil edərək təsdiq edin

3. atb.az saytı xasitəsilə

    • Kartdan karta səhifəsinə daxil olub köçürmənin silinəcəyi kartın və vəsaiti qəbul edəcək kartın məlumatlarını daxil edərək təsdiqləyin

PIN Change

Müştəri ödəniş kartının PİN-kodunu unutduğu halda nə etməlidir?

  • Azər Türk Bankın filial/şöbələrinə müraciət etməlidir
  • Filial əməkdaşları tərəfindən həmin kartın statusu dəyişdirilərək “Forced PİN Change” təyin edilir
  • Müştəri bankomata yaxınlaşaraq kartı daxil edir
  • SMS Bildiriş vasitəsilə telefonuna daxil olmuş kodu bankomata yığıraq yeni PİN kod daxil edir
  • Yeni daxil edilən PİN kod təkrar daxil edilərək təsdiq edilir
  • Müştəriyə PİNSMS bildiriş xidmətinin dəyişdirilməsi barəsində bankomat tərəfindən çek təqdim olunur və mobil nömrəyə məlumat göndərilir

Müştəri ödəniş kartının PİN-kodunu dəfələrlə səhv yığılması səbəbindən bloklaşdırdığı halda hansı vasitələrlə bərpa edə bilər?

  1. (012)945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət etməklə
  2. Filial/şöbəyə müraciət etməklə

E-mail məlumatlandırma

Müştəri xidmətə qoşulmaqla nə əldə edir?

  1. Kart hesabı üzrə aparılan mədaxil və məxaric əməliyyatları barədə məlumat
  2. Ödəniş kartının cari balansı haqqında məlumat
  3. Hər hansı səbəbdən kartın statusu dəyişdirildiyi halda bildiriş
  4. Ödəniş kartının istifadə müddətinin bitməsinə 1 ay qalmış xəbərdaredici məlumat

Müştəri E-mail məlumatlandırma xidmətinə qoşulmaq, məktubların dilini dəyişmək və xidmətdən imtina etmək üçün nə etməlidir?

  1. (012)945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət etməli
  2. Filial/şöbəyə müraciət etməli

Bank tərəfindən emissiya olunmuş bütün növ kartlar üzrə e-mail məlumatlandırma xidməti ÖDƏNİŞSİZDİR

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.