Bizə qoşulun:
RU

SMS bildiriş

“SMS bildiriş” xidməti kart hesabı üzrə aparılan əməliyyatlar haqqında məlumatların əldə olunması üçün rahat və etibarlı vasitədir

Xidmətin üstünlükləri

  • Real vaxt rejimində informasiyanın göndərilməsi
  • Vaxt və yer fərqi olmadan xidmət
  • İstənilən mobil nömrədən xidmətə qoşulmaq imkanı

Xidmətə qoşularaq nə əldə edirəm?

  • Kart hesabı üzrə aparılan mədaxil və məxaric əməliyyatları barədə məlumat
  • Ödəniş kartının cari balansı haqqında məlumat
  • Hər hansı səbəbdən kartın statusunun dəyişdirilməsi haqqında məlumat
  • Ödəniş kartının istifadə müddətinin bitməsinə 1 ay qalmış xəbərdarlıq
  • Təhlükəsizliyi təmin edilmiş saytlar vasitəsilə onlayn ödənişlər zamanı “OTP” kodlar
  • “PİN kodun dəyişdirilməsi” xidmətindən istifadə zamanı bildiriş
  • Uğursuz əməliyyatlar haqqında məlumatlandırma

Qoşulmaq üçün:

  1. Saytdan və ya filial/şöbəyə yaxınlaşaraq xüsusi kart sifariş formasını doldurduğunuz zaman mobil nömrə qeyd edilərsə, xidmət dərhal aktivləşdirilir
  2. 24/7 (012)945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edərək kartın üzərində əks olunmuş 16 rəqəmli nömrəni və məxfi sözü bildirin
  3. Banka məxsus bankomatlar vasitəsilə:
    • Kartı bankomata daxil edin
    • Xidmət olunacaq dili seçin
    • “PİN” kodu daxil edin
    • Ekranda əks olunmuş “SMS Bildiriş” menyusundan “SMS XİDMƏTİNƏ QOŞULMAQ” bəndini seçin
    • Xidməti aktiv etmək istədiyiniz mobil nömrəni ardıcıl iki dəfə daxil edin
    • Nömrəyə göndəriləcək sms mətninin dilini seçərək təsdiq edin
    • Bankomat tərəfindən əməliyyatın uğurla tamamlandığını təsdiq edən çek təqdim edilərək mobil nömrənizə sms mətni göndəriləcəkdir

Xidmətin aktiv olduğu nömrəni dəyişmək üçün:

  1. (012)945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edin
  2. Filial/şöbəyə müraciət edin
  3. Banka məxsus bankomatlar vasitəsilə:
    • Kartı bankomata daxil edin
    • Xidmət olunacaq dili seçin
    • “PİN” kodu daxil edin
    • Ekranda əks olunmuş “SMS Bildiriş” menyusundan “SMS XİDMƏTİ ÜÇÜN TELEFON NÖMRƏSİNİ DƏYİŞMƏK” bəndini seçin
    • Yeni telefon nömrəsini ardıcıl iki dəfə daxil edərək, təsdiq edin
    • Mobil nömrənin dəyişdirilməsi haqqında bankomat tərəfindən çek təqdim edilərək mobil nömrənizə məlumat göndəriləcəkdir

Xidməti ləğv etmək üçün:

  1. (012)945 və ya WhatsApp +994 55 777 09 45 nömrəsinə müraciət edin
  2. Filial/şöbəyə müraciət edin
  3. Banka məxsus bankomatlar vasitəsilə:
    • Kartı bankomata daxil edin
    • Xidmət olunacaq dili seçin
    • “PİN” kodu daxil edin
    • Ekranda əks olunmuş “SMS Bildiriş” menyusundan “SMS XİDMƏTİNİ LƏĞV ETMƏK” bəndini seçin
    • Xidmətin deaktiv edilməsi haqqında bankomat tərəfindən çek təqdim edilərək mobil nömrənizə məlumat göndəriləcəkdir

“SMS bildiriş” mətninin dilini bankın istənilən filialına, (012) 945 nömrəsi və ya WhatsApp-a müraciət etməklə dəyişə bilərsiniz

Xidmət bank tərəfindən emissiya olunmuş bütün növ kartlar üzrə ÖDƏNİŞSİZDİR

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.